Müdafiə Nazirliyi Sarıbaba yüksəkliyində aşkar edilmiş minalarla bağlı sülhməramlılar və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzini məlumatlandırıb.
Nazirliyin Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, Ermənistanda istehsal edilmiş Sarıbaba yüksəkliyinin şimal istiqamətində qanunsuz erməni silahlı dəstələri tərəfindən basdırılmış piyada əleyhinə mina sahəsi noyabrın 21-də aşkar edilib.
Aşkar edilmiş minalar barədə Rusiya sülhməramlılarının komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi məlumatlandırılıb, eləcə də mina sahəsinə baxış keçirilməsi üçün əraziyə dəvət olunublar.