Hadisə təcavüz və təzyiqə məruz qalan qadınlara səsləndi

Hadisə təcavüz və təzyiqə məruz qalan qadınlara səsləndi

Türkiyəli məşhur müğənni Hadisə təhdidlərə məruz qalmasından söz açıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, müğənni bütün qadınlara başlarına gələn təhdidlər üçün susmamaqlarını tövsiyə edib:

“1.5 ildən çoxdur ki,  bir qrup tərəfindən təqib və təhdidlərə məruz  qalmışam. Bu insanların dediklərinə görə, mən neçə dəfə hamilə olmuş və  abort etmişəm. Bu insanlara görə məşuqə oldum, bu insanlara görə ağlınıza gələnlərin çoxuna məruz qaldım. Bütün qadınlara, ədliyyə nazirimizə, ədliyyə sistemimizə buradan səslənirəm. Bu şantaj, təhdid rəsmi olaraq şəxsi həyatıma müdaxilədir. Mən bu təcavüzün qarşısını almaq üçün mübarizə aparacağam. Sən kimsən? Sən Allahsan? Bu dünyada heç kimə verəcəyim hesabım yoxdur”.

 


Share: