Türkiyənin müdafiə naziri Hulusi Akar ABŞ-dan F-16-ların alınması ilə bağlı son vəziyyəti şərh edib.
“ABŞ-la hərbi nümayəndə heyətləri arasında danışıqlarımız davam edir. Yaxşı nəticələr əldə olunub. F-16-larla bağlı üçü Türkiyədə, biri ABŞ-da olmaqla dörd görüş keçirilib. Bizim digər planlarımız da var”, – deyə nazir bildirib.
O, Rusiyadan alınana S-400 sisteminə də toxunub.
“S-400 raketdən müdafiə sistemi yerindədir və istifadəyə hazırdır. Təhdid olarsa, istifadə edəcəyik”, – o, bəyan edib.
Antiterror əməliyyatları ilə bağlı danışan Akar, “Əməliyyat üçün süni bir səbəbə ehtiyacımız yoxdur. Terrorla mübarizəmiz son terrorçu bitənə qədər davam edəcək”, deyərək vurğulayıb.
Mənbə: Haber Global