Türkiyənin Düzce rayonunda 5,9 bal gücündə zəlzələ olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yerli vaxtla 04:09-də qeydə alınan zəlzələ yerin 6,81 kilometr dərinliyində baş verib.
Yeraltı təkanlar İstanbul, Ankara, Əskişəhər, Bursa, Kocaeli, Sakarya, Bolu, Ədirnə və bəzi ətraf şəhərlərində də hiss olunub.
Zəlzələ ilə bağlı İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu, ölkənin daxili işlər naziri Süleyman Soyulu tviter hesablarında paylaşım ediblər. Onlar təbii fəlakət nəticəsində hələ ki, insan təlafatı barədə məlumat daxil olmadığını bildiriblər.