“Avroviziya 2023” mahnı müsabiqəsinin səsvermə qaydaları dəyişib

“Avroviziya 2023” mahnı müsabiqəsinin səsvermə qaydaları dəyişib

“Avroviziya 2023” mahnı müsabiqəsinin səsvermə prosesində əsaslı dəyişiklik olub.

Kulis.az APA-ya istinadən xəbər verir ki, dəyişikliyə əsasən, “Avroviziya 2023” mahnı müsabiqəsinin yarımfinal mərhələsində münsiflər heyəti səsvermə prosesində iştirak etməyəcək.

Belə ki, bu mərhələdə yalnız tamaşaçıların səsvermədə iştirak hüququ olacaq.

Həmçinin müsabiqədə iştirak etməyən ölkələr də artıq səsvermə prosesinə qatıla biləcəklər.

Qeyd edək ki, bu qərar İtaliyanın Turin şəhərində builki yarışmada altı hakimin bir-birinin əleyhinə səs verdiyi üzə çıxdıqdan sonra verilib.

Azərbaycan, Gürcüstan, Monteneqro, Polşa, Rumıniya və San Marinoda keçirilən müsabiqədə qeyri-müntəzəm səsvermə aşkarlanıb.

Xatırladaq ki, müsabiqənin son qalibi Ukrayna olub. Lakin məlum səbəblərdən 2023-cü ildə müsabiqəyə Böyük Britaniyanın Liverpul şəhəri ev sahibliyi edəcək.

Share: