Ərdoğan: “İstanbul terrorunu timsah göz yaşları ilə qınayanların əsl simaları üzə çıxdı”

Ərdoğan: “İstanbul terrorunu timsah göz yaşları ilə qınayanların əsl simaları üzə çıxdı”

“İstanbuldakı terroru timsah göz yaşları ilə qınayanların Suriya və İraqda başladılan yeni antiterror əməliyyatlarına verdikləri reaksiyalarla əsl simaları üzə çıxıb”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TBMM-də çıxışı zamanı bəyan edib.

Dövlət başçısının sözlərinə görə, İstiqlal prospektində terroru həyata keçirənlər və onlara kömək edənlər ölkənin daxilində və xaricində həbs olunublar.

“Ən yuxarıdan ən aşağıya kimi terrora qarışan kim varsa, harada olurlarsa-olsunlar tapılacaq, tökülən günahsız qanların hesabı misli ilə veriləcək və həmin şəxslər cəzalandırılacaqdır. Türkiyə artıq ölkəmizə və millətimizə qarşı hücumlar həyata keçirən terrorçuları, onlara kömək edən hər kəsi tutmaq imkanına malikdir”, – deyə prezident bildirib.

Mənbə: Haber Global

Share: