“Azərişıq” ASC-nin sədri Şəmkirdə vətəndaşları qəbul etdi — Foto

“Azərişıq” ASC-nin sədri Şəmkirdə vətəndaşları qəbul etdi — Foto

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov noyabrın 23-də saat 10:00-da Şəmkir şəhərində Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, qəbul Şəmkir şəhəri, Cahangir Əliyev 33 ünvanında yerləşən “Azərişıq” ASC-nin Şəmkir İdarəetmə və Nəzarət Mərkəzində keçirilib.

Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən baş tutub.

Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin Şəmkir şəhərindəki abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub və əziz xatirəsinə dərin ehtiram ifadə edilib.

Qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.


Share: