XII Avropa Film Festivalı davam edir

XII Avropa Film Festivalı davam edir

XII Avropa Film Festivalı çərçivəsində noyabrın 25-də “Landmark” kino klubunda “Ana və ailənin digər axmaqları” (Mom and other loonies in the family) dramı nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, 2015-ci ildə çəkilən filmin rejissoru və ssenari müəllifi İbolya Feketedir.

Film 20-ci əsrdə Macarıstanda dörd qadın nəslinin hekayələrindən bəhs edir. Müharibə, inqilab və yoxsulluğun ağır dövrlərinə baxmayaraq, ailə öz yumorunu və gücünü qoruya bilir.

Rollarda Ester Onodi, Tibor Qaspar, Petra Hovanets və başqaları çəkilib.

Film macar dilində ingilis altyazıları ilə nümayiş olunacaq.

Share: