Kriştianu Ronaldu autizmli uşağa qarşı aqressiv hərəkətlərinə görə cəzalandırılıb.
Aprel ayında portuqaliyalı xəstə azyaşlının mobil telefonunu sındırıb.
Hadisə Premyer Liqanın 32-ci turunda “Mançester Yunayted”in “Everton”la oyunundan (0:1) sonra baş verib. İnsidentdən az sonra hücumçu üzr istəyib.
İngiltərə Futbol Assosiasiyası 37 yaşlı futbolçunun hərəkətini “nalayiq və zorakı” kimi qiymətləndirib. Buna görə də Ronaldu iki oyunluq cəzalandırılıb və 50 min funt sterlinq cərimə edilib.
Qeyd edək ki, dünən “Mançester Yunayted” Kriştianu ilə müqaviləsini ləğv edib.
Mənbə: sports.ru