Danimarka Futbol Assosiasiyası dünya çempionatında LGBT nümayəndələrinə dəstək məqsədilə kapitan sarğılarının qadağan edilməsi ilə bağlı qalmaqal fonunda FİFA-dan çıxmaq imkanını müzakirə etməyə hazırdır.
Bu barədə qurumun rəhbəri Yesper Meller bildirib.
O, FİFA-nın Qətərdə keçirilən turnirlərdə “One Love” yazısı olan kapitan sarğılarını qadağan etməsinin Danimarka Futbol Assosiasiyasının “qəzəbinə səbəb olduğunu” deyib.
“FIFA-dan mümkün çıxış ilə bağlı qərar indi verilməyib. Biz bunu avqust ayından Skandinaviya regionunda müzakirə edirik”, – Meller vurğulayıb.
Oun sözlərinə görə, Danimarka bu məsələdə özbaşına hərəkət etsə, problemlər yarana bilər.
“Gəlin görək dialoq qura bilərikmi? FİFA-ya inamı necə bərpa etmək barədə düşünməliyik. Biz nə baş verdiyini qiymətləndirməliyik və sonra strategiya hazırlamalıyıq, o cümlədən skandinaviyalı həmkarlarımızla birlikdə”, – Meller qed edib.
Futbol funksioneri bəyan edib ki, Danimarka qarşıdan gələn seçkilərdə FİFA-nın hazırkı prezidenti Canni İnfantinonu dəstəkləməyəcək.
Mənbə: sportrbc.ru