Şimali Koreya lideri Kim Çen İnın bacısı Kim Yo Conq səs-küylü açıqlaması ilə gündəmə gəlib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Koreyanın ikinci adamı sayılan Conq ABŞ-a xəbərdarlıq etdikdən sonra digər ölkələrin qəzəbinə tuş gəlib.
Kim Yo Conq isə çıxış yolunu onları təhqir etməkdə görüb:
“Britaniya, Fransa, Avstraliya, Yaponiya və Cənubi Koreya kimi cır-cındırların iyrənc bəyanat yayması düzgün deyil”.
Qeyd edək ki, ABŞ və bir çox qərb ölkələri Şimali Koreyanı ballistik raket hücumlarına görə tənqid etmişdi.