Asfaltda ən yaxşı yol tutuşu olan avtomobilin təkərləri daha tez və sürətlə köhnəlir.
Bu barədə rusiyalı təkər eksperti Sergey Mişin danışıb.
Onun sözlərinə görə, təkərlərin istehlak xüsusiyyətləri nə qədər yüksəkdirsə, sürücü onları daha güclü şəkildə istismar edir.
“Ən tez köhnələn təkərlər asfaltda yüksək tutuşa malik olanlardır. Çünki təkərlər yolu yaxşı tutanda, o zaman insan buna uyğun olaraq avtomobilini daha bərk sürür, daha kəskin sürət yığır və əyləcdən istifadə edir, döngələrə daha böyük sürətlə daxil olur. Nəticədə bu şinlər oxşar aşağı performanslı təkərlərdən daha tez köhnəlir. Burada hər şey “alçaqlıq qanunu”na uyğundur – tutuş nə qədər yüksək olsa, təkərin ömrü bir o qədər qısa olar”, – deyə mütəxəssis bildirib.
Ekspert həmçinin qeyd edib ki, ağır güclü yolsuzluq avtomobillərinin və superkarların təkərləri tez köhnəlir.
“Belə avtomobillərin sahibləri maşınlarını daha aqressiv sürür, sürəti daha çox artır və ardınca daha kəskin əyləcə basırlar”, – deyə o bildirib.
Mütəxəssis bütün bu sadalanların təkərlərin vəziyyətinə mənfi təsir göstərdiyini vurğulayıb.
“Bundan əlavə, avtomobilin çəkisi aşınmaya birbaşa təsir göstərir”, – deyə Mişiun sözlərini yekunlaşdırıb.
Mənbə: Gazeta.ru