“Qalatsaray”ın ulduz futbolçusu Mauro İkardi keçmiş həyat yoldaşı və meneceri Vanda Nara ilə barışıb.
“Qafqazinfo” xəbər verir ki, 29 yaşlı hücumçu öz İnstaqram hesabında Vanda ilə foto paylaşıb.
“O, mənim həyatımın qadını deyil. O, mənim qadın timaslında bütün həyatımdır. Seriallarn 2-ci mövsümü də olur” – İkardi paylaşımında qeyd edib.
Qeyd edək ki, Vanda və İkardi sentyabr ayında boşanmışdılar. V.Nara daha əvvəl açıqlamasında İkardinin onunla barışmaq istədiyini bildirirdi.