Ronaldo Qətərdə 5 gün hoteldən çıxa bilməyəcək

Ronaldo Qətərdə 5 gün hoteldən çıxa bilməyəcək

Braziliya millisinin sabiq forvardı, canlı əfsanə Ronaldo Luis Nazario koronavirusa yoluxub.

Bu barədə “Qafqazinfo” “Globo Esporte”yə istinadən xəbər verir.

Hazırda dünya çempionatının keçirildiyi Qətərdə olan Ronaldo koronavirusa yoluxduğunu təsdiqləyib:

“Cümə axşamı səhər yüngül qrip əlamətləri ilə oyandım. COVID-19 testi verdim, nəticə pozitiv çıxdı. Növbəti beş gün ərzində hotel otağında təcrid olunacağam”.


Share: