Qətərdə təşkil olunan dünya çempionatında bu gün qrup mərhələsinin II turuna start veriləcək.
“Qafqazinfo” xəbər verir ki, A və B qruplarında ümumilikdə 4 görüş baş tutacaq.
Günün ilk matçı B qrupunda Uels və İran yığmaları arasında olacaq. Ardınca A qrupunda Qətər – Seneqal və Niderland – Ekvador oyunları keçiriləcək.
Günə A qrupunun İngiltərə – ABŞ matçı ilə yekun vurulacaq.
DÇ-2022
Qrup mərhələsi, II tur
25 noyabr
A qrupu
17:00. Qətər – Seneqal
Baş hakim. Antonio Migel Mateu Laos (İspaniya)
“Al Tumama” stadionu
20:00. Niderland – Ekvador
Baş hakim: Mustafa Qorbal (Əlcəzair)
“Xəlifə” stadionu
Xal durumu: Niderland – 3, Ekvador – 3, Seneqal – 0, Qətər – 0
B qrupu
14:00. Uels – İran
Baş hakim: Mario Eskobar (Qvatemala)
“Əhməd Bin Əli” stadionu
23:00. İngiltərə – ABŞ
Baş hakim: Xesus Valensuela (Venesuela)
“Əl Bayt” stadionu
Xal durumu: İngiltərə – 3, ABŞ – 1, Uels – 1, İran – 0