Ombudsmanın nümayəndələri noyabrın 24-ü Suriyadan gətirilən qadın və uşaqlarla görüşüb.
Bu barədə “Qafqazinfo”ya qurumun mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, Ombudsmanın nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyin sosial xidmət müəssisəsinə yerləşdirilmiş həmin şəxslərlə görüşərək, onların vəziyyəti, psixoloji durumu ilə maraqlanıb, reabilitasiyası ilə bağlı tədbirlər barədə məlumat alıb, hüquqlarının təmini vəziyyətini öyrəniblər.
Xatırladaq ki, müvafiq dövlət qurumlarından ibarət nümayəndə heyətinin müşayiəti ilə noyabrın 24-də 13-ü uşaq, 3-ü qadın olmaqla Suriyadan 16 nəfərin ölkəmizə repatriasiyası həyata keçirilib.