ABŞ Venesuela qarşı sanksiyaları ləğv edib

ABŞ Venesuela qarşı sanksiyaları ləğv edib

Amerika Birləşmiş Ştatları Venesuela hakimiyyət orqanları ilə müxalifət arasında razılaşmaların əldə olunmasına cavab olaraq bu ölkəyə qarşı neft sanksiyalarını yumşaldıb.

Bu barədə ABŞ Maliyyə Nazirliyi açıqlama yayıb.

Belə ki, artıq ABŞ “Chevron” şirkətinə altı ay müddətində Venesuelada neft hasil etmək və neft məhsulları istehsal etmək, həmçinin ABŞ bazarına çatdırmaq imkanı verən lisenziya verib.

ABŞ Maliyyə Nazirliyinin yaydığı açıqlamada həmçinin qeyd olunur ki, bu tədbirlər Venesuela xalqının rifahına hesablanıb və hökumətin demokratiyanın bərpasına yönəlik siyasətinə müsbət cavabdır. 

Mənbə: 1prime.ru

Share: