Burkina-Fasoda azı dörd hərbçi yolda kustar üsulla hazırlanmış bombanın partlaması nəticəsində həlak olub.
Bu barədə Burkina-Fasonun Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumatda həmçinin qeyd olunur ki, hücum nəticəsində daha bir əsgər yaralanıb, onun vəziyyəti ağır qiymətləndirilir.
Ordunun Baş Qərargahı hələlik baş vermiş bombalı hücumun hansı terror qruplaşması tərəfindən törədildiyini açıqlamayıb.
Mənbə: Lefaso.net