Əli Nəcəfxanlının 65 illik yubileyi keçirildi – SUMQAYƏTDA

Əli Nəcəfxanlının 65 illik yubileyi keçirildi – SUMQAYƏTDA

Noyabrın 26- da Sumqayıtdakı 1 nömrəli Uşaq- Gənclər İnkişaf Mərkəzində İstedadlı şair – publisit,” Əməkdar jurnalist” Əli Nəcəfxanlının 65 illik yubileyi keçirildi.Tədbir AYB- nin Sumqayıt bölməsi və 1 nömrəli Uşaq- Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirildi.

Bir 4 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər

Bu haqda Müstəqil.Az-a AYB-nin Sumqayıt bölməsindən məlumat verilib.
Məlumatda bildirilir ki, 1 nömrəli Uşaq- Gənclər İnkişaf Mərkəzinin direktoru Əntiqə Rzayeva qonaqlar salamladıqdan sonra sözü AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddinə verdi.Gülnarə Cəmaləddin Əli Nəcəfxanlı yaradıcılığının məziyyətlərindən danışdı.

Bir 3 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər

Bir 4 nəfər, oturan insanlar və ayaqüstə duran insanlar şəkili ola bilər

Bir 3 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Şairin qələm dostları,tanınmış şair və yazıçılar- Əvəz Mahmud Lələdağ,Rafiq Yusifoğlu,Aslan Bayramov,Zirəddin Qafarlı,Məryəm Aslanqızı,Natiq Qubadoğlu,Xəqani Abbasəli Öztürk,Nazir Rüstəm,Rəfiqə Şəms,Fazil Abbasquluzadə,Şahin Şəfiyev,Nəriman Nərimanlı,İlhamə Məhəmmədqızı,Hafiz Eynullayev,Əyyar Cəfərov,Rəfail Laçınlı,Gülnar Ümid,Əbülfəz Əhməd,Lilpar Cəmşidqızı çıxış edərək Əli Nəcəfxanlının yaradıcılığından söz etdilər.
Bədii qiraət dərnəyinin üzvlərinin ifasında Əli Nəcəfxanlının şeirləri səsləndirildi.
Sumqayıt Dövlət Dram Teatrının aktyoru Elay Xasıyev və Sumqayıt Musiqi Kollecinin tələbəsi Vüsalə Məmmədlinin ifa etdikləri mahnılar məclisə başqa bir ovqat bəxş etdi.
Sonra söz Əli Nəcəfxanlıya verildi.O,tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirərək,yeni şeirlərini oxudu.

Müstəqil.Az

Share: