Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü il prezident seçkilərində qalib gələcəyindən əmin olduğunu deyib.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, prezident bunu “İstanbulun vədi: Birlik, İradə, Zəfər Proqramı”nda çıxışı zamanı deyib.
O, qeyd edib ki, 2023-cü il seçkilərində zəfər qazanmağına heç kim mane ola bilməz:
“Bu hüququmdan istifadə edərək seçkilərdə iştirakıma heç kim əngəl ola bilməz”.