ABŞ-nin kosmik nəqliyyat şirkəti SpaceX Falcon 9 raketi ilə yük daşıyan Dragon kapsulunu kosmosa uğurla buraxıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, SpaceX və Amerika Milli Aeronavtika və Kosmos Administrasiyası (NASA) Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən uçuş həyata keçirilib.
Bildirilib ki, kapsul təxminən 4 ton qida və material daşıyacaq.
Əgər missiya problemsiz başa çatarsa, kapsul yanvarın əvvəlində Florida sahillərində dənizə paraşütlə atılacaq.
Qeyd edək ki, SpaceX şirkətinin rəhbəri milyarder İlon Maskdır.