Kamerunun paytaxtı Yaunde şəhərinin şərqində dəfn mərasimi zamanı torpaq sürüşməsi baş verib, azı 11 nəfər həlak olub.
Bu barədə yerli hakimiyyət orqanlarına istinadən “Agence France-Presse” məlumat yayıb.
Qeyd olunub ki, hadisə yerinə xilasedicilər cəlb edilib. Yaralılar barədə məlumat verilməyib.