Ermənistanın Baş naziri Nikol Paşinyanın qardaşı Armen Paşinyan avtomobil qəzasına düşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Armlur.am” portalı yayıb.
Məlumata görə, hadisə Malatiya-Sebastiya rayonunda baş verib. Belə ki, Paşinyanın qardaşının idarə etdiyi avtomobillə digər bir avtomobil toqquşub.
Qəza zamanı sınıq xəsarətləri alan Armen Paşinyan xəstəxanaya yerləşdirilib.