Xalq artisti Aftandil İsrafilovun vəziyyəti ağırlaşıb.
Bu haqda öz facebook səhifəsində şair, Prezident təqaüdçüsü Şərafəddin İlkin paylaşım edib. Həmin yazını olduğu kimi təqdim edirik.
Xalq artisti, Azərbaycan musiqi mədəniyyətini korifey sənətkarı, qarmon deyiləndə ilk yada düşən Aftandil İsrafilovun vəziyyəti ağırlaşıb. Çox təəssüflər olsun ki, həmişə ifalarıyla könüllərə fərəh, sevinc bəxş edən DAHİ SƏNƏTKAR qayğıdan kənarda qalıb. Dünyanın ən nüfuzlu səhnələrində Azərbaycan musiqisini sevə-sevə, böyük məharətlə təbliğ edən xalq artisti təəssüf hissi ilə qeyd edirəm ki, əlaqədar təşkilatların qayğısından kənarda qalıb. Aftandil İsrafilovun sənətinə ümumimilli lider Heydər Əliyev də maraq göstərirdi. Məhz onun nəticəsi idi ki, möhtərəm prezitentimizin toyunda əfsanəvi Müslüm Maqomayevlə birgə ifa etmişdi. Hal-hazırda müalicəsi mümkün olan dahi musiqiçi niyə diqqətdən kənarda qalmalıdır? Mədəniyyət Nazirliyi hara baxır?
Mən adım qədər əminəm ki, nə prezidentin, nə də Mehriban xanımın bu hadisədən xəbərləri yoxdu. Əgər xəbərləri olsaydı mədəniyyət nazirliyinin rəhbərlər Aftandil müəllimin qapısında növbədə dayanardılar…
Gəlin dəyərlilərimizə vaxtında qiymət verək. Sonra gec olur, çox gec olur.