Bu gün dünya çempionatının A qrupundan növbəti mərhələyə çıxacaq komandaların hamısının adına aydınlıq gələcək.
“Qafqazinfo” xəbər verir ki, qrupda baş tutacaq 2 oyun eyni vaxtda başlayacaq.
Elvador Seneqalla, Niderland isə Qətərlə qarşılaşacaq.
Hər iki matça saat 19:00-da start veriləcək.
DÇ-2022
A qrupu
3-cü tur
Ekvador – Seneqal
Niderland – Qətər
***
Komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.
Ekvador: 1. Hernan Kalindez (q), 23. Moises Kaysedo, 11. Miçel Estrada, 7. Pervis Estupinan, 21. Alan Franko, 8. Karlos Qruezo, 3. Pedro Hinkeyp, 19. Qonzalo Plata, 17. Angeo Presiado, 2. Feliks Torres, 13. Ener Valensiya (k)
Seneqal: 16. Eduard Mendi, 11. Pate Siss, 9. Bulaye Dia, 22. Abdu Diallo, 5. İdrissa Queye, 26. Pape Queyye, 14. İsmail Yakobs, 3. Kalidu Kulibali (k), 13. İliman Ndiaye, 21. Yussuf Sabali, 18. İsmaila Sarr
Niderland: 23. Andries Noppert, 2. Yurien Timber, 4. Vircil Van Dayk, 5. Natan Ake, 22. Denzel Dümfriz, 15. Marten De Run, 21. Frenki De Yonq, 17. Deyli Blind, 14. Deyvi Klaassen, 10. Memfis Depay, 8. Kodi Qakpo
Qətər: 22. Meşal Barşam, 17. İsmael Mohammed, 2. Pedro Migel, 16. Bualem Xuki, 3. Abdelkarim Hassan, 14. Homam Ahmed, 6. Abdulaziz Hatem, 23. Assim Madibo, 10. Hasan Al Haydos, 19. Almoez Ali, 11. Akram Afif
***
Oyunlar başladı.
***
Niderland hesabı açdı. 26-cı dəqiqədə Qakpo fərqlənir.
***
Seneqal hesabı açdı. İsmail Sarr 44-cü dəqiqədə fərqləndi.
***
Niderland – Qətər oyununda ilk hissə bitdi.
***
Ekvador – Seneqal matçında da ilk hissə bitdi.
***
Niderland – Qətər oyununda ikinci hissə başladı.
***
Niderland ikinci qolu vurdu. Frenki De Yona 50-ci dəqiqədə hesabı 2:0 edir.
***
Ekvador – Seneqal oyununda ikinci hissə başladı.
***
Ekvador hesabı bərabərləşdirdi. 68-ci dəqiqədə Kaysedo fərqlənir.
***
Seneqal yenidən hesabda öndə. Kolubali 70-ci dəqiqədə qol vurur