Sahibsiz itlərlə qarşılaşdıqda nə etməli? Mütəxəssisdən tövsiyələr

Sahibsiz itlərlə qarşılaşdıqda nə etməli? Mütəxəssisdən tövsiyələr

Sənaye zonalarında, meşə parklarında və tikinti sahələrində yaşayan sahibsiz itlər daha təhlükəlidir, onlarla daha ehtiyatlı davranılmalıdır.

Bu barədə rusiyalı kinoloq, Moskva Kənd Təsərrüfatı Akademiyasının eksperti Vasili Baxman xəbərdarlıq edib.

Onun sözlərinə görə dəstəyə qoşulan itlər aqressiv olurlar, lakin insan tərəfindən təhlükə olmadıqda, dözümlü davrana bilərlər.

“Buna görə də, onları təqib, ya təhdid etməməli, yaxud da əksinə yedizdirməyə cəhd etməməlisiniz. Bu cür itlərlə qarşılaşdıqda sakitcə hərəkətə davam etməli, rəvan şəkildə trayektoriyanı dəyişdirməli, sürü ilə aranızdakı məsafəni uzatmalısınız. Əgər küçə itlərinin yaşayış məskəninə daxil olmusunuzsa təlaşa düşməyin. Girdiyiniz istiqamətdə geri qayıdın. Ancaq bu zaman insan özünü maksimum ələ almalıdır”, – deyə deyə kinoloq bildirib.

Mənbə: Moslenta

Share: