Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.
1978-ci il təvəllüdlü Anar Babayev bıçaqlanma xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Dərhal xəstə əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Məlumata görə A.Babayev qardaşı tərəfindən bıçaqlanıb.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.
Yunis Quliyev