İranda milli komandanın Uels yığması üzərində qələbəsindən sonra 700-dən çox məhbus azad edilib.
Qərar İranın məhkəmə sisteminin rəhbəri Qulam Hüseyn Möhseni-Ejeinin əmri ilə verilib.
İranın məhkəmə sisteminin rəhbəri iranlı futbolçuların qələbəsini yüksək qiymətləndirərək, onların “İran xalqına sevinc və xoşbəxtlik bəxş edən, milli birliyin, kollektivizm ruhunun təzahürünə çevrilən dünya çempionatında işə qeyrətli münasibətlərini” qeyd edib.
Mənbə: Fars