Bakıda terrorizmi təbliğ edən filmə qarşı etiraz aksiyası keçirilir – FOTO

Bakıda terrorizmi təbliğ edən filmə qarşı etiraz aksiyası keçirilir – FOTO

Bakıda “Landmark” plazanın qarşısında “Odda – İki bacı” adlı filmin nümayişilə bağlı etiraz aksiyası keçirilir. Nümayişçilər “Terrorizmə son”, “Türkiyə Azərbaycandır!”, “Yaşasın Azərbaycan-Türkiyə!”, “Rədd olsun PKK!”, “Rədd olsun terroristlər!”, “Terrora stop!” və digər şüarlar səsləndiriblər.

Oxu.Az xəbər verir ki, Bakıda fəaliyyət göstərən kinoteatrlar Almaniya və Yunanıstan istehsalı olan filmin nümayişindən imtina ediblər. Buna səbəb isə onun məzmununun ölkəmizdə narazılıq yaratmasıdır.

Filmdə cərəyan edən hadisələr əslən İraqdan olan Rojda adlı qadının həyat hekayəsini əhatə edir. Belə ki, o əslən kürddür və Almaniya ordusunda xidmət edir. O, anası ilə İraqdan qaçarkən bacısı itkin düşür. Rojda bacısını axtarmaq üçün təyinatını vətəninə saldırır və burada kürd pəşmərgə silahlılarına təlimlər keçir.

Share: