Çin çay mədəniyyəti UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Təşkilatın mətbuat xidmətindən bildirilib ki, siyahıya çay istehsalı və hazırlanması üzrə Çinin ənənəvi üsulları daxildir.
Qərar bu günlərdə Mərakeşdə keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 17-ci sessiyasında qəbul olunub. Mütəxəssislər, Çində çay plantasiyalarının idarə olunması, çay yarpaqlarının toplanması, onların əl ilə emalı və bu içkinin içilməsi ilə bağlı bilik, bacarıq və təcrübələri xüsusi olaraq qeyd ediblər.
Vurğulanıb ki, Çində iki mindən çox çay məhsulu növü var.
Mənbə: mir24.tv