Bu qadın görmə qüsurlu olsa da görür…

“Kor görüşü” elm sahəsində rastlaşılan ən maraqlı faktlardan biridir. Dünyada yalnız bir neçə insanda görülən bu vəziyyət bu insanların görmə əngəlli olmasına baxmayaraq beyinlərinin ətrafda baş verənləri görməsini təmin edir.
Müstəqil.az xarici mediaya istinadən xəbər verir ki, Şotlandiyada yaşayan Milina Cunning 20 yaşında görmə əngəlli olub, lakin daha sonra belə bir kor görüşü qabiliyyəti olduğu məlum olub. Bu vəziyyət həkimlərin də diqqətini çəkib.
Bunlardan biri də onun beyin yoxlamasını aparan Jody Culhamdır. O, “Milinanın başına top atsam onu görməsə belə yəqin ki, qolunu qaldırıb özünü qorumağa çalışacaq” – deyə açıqlama verib.
Bəs Milina bunu necə edir? Öz ağzından eşidək:
“Xəstəxanaya gedərkən görmə əngəlli deyildim. Sağlamlıq problemlərim ucbatından həkimlər mənə süni koma tətbiq etdilər. 52 gün bu vəziyyətdə qaldım. Oyananda, hər yer tamamilə qaralmışdı. Heç bir şey görmürdüm. Komada ikən iflic keçirdiyimi, ona görə bu vəziyyətdə olduğumu dedilər. Zamanla bəzi şeylər dəyişməyə başladı. Altı ay sonra bəzi rəngləri gördüyümü düşünməyə başladım, lakin heç kəs inanmadı. Professor Qordon Dutton məni görən kimi bunun bir “kor görüşü” hadisəsi olduğunu anladı.
Dutton mənə bir çox test tətbiq etdi. Birində xəstəxananın dəhlizinə stullar yerləşdirmişdi. Bunların arasından keçərək normal yerimə sürəti ilə getməyimi istədi. Bunu edərkən stullara vururdum. Dəhlizin o biri ucuna çatanda həkimim “İndi də daha sürətli bir şəkildə stulların arasından keçərək geri dön” dedi. Bu dəfə daha sürətlə yeridim və heç toxunmadan hamısının arasından keçdim. Çox maraqlı idi..
Duttonın buna gətirdiyi izahat bu idi: Çox düşünmədən etməyə çalış. Şüuraltı beynim bu işi necə edəcəyimi, stullardan necə qaçacağımı mənə göstərirdi.
İndi isə evin içində dolaşıb ortalığı yığışdırıram. Amma bir şey görmürəm. Ətrafımda bir şeylər olduğunu bilirəm. Beynim mənə yol göstərir Yerdə çanta, ayaqqabı kimi bir şey varsa onları görür və yerdən qaldırıram. Sizi görmək istəsəm orada oturduğunuzu, mənə yaxın olduğunuzu bilirəm, amma görmürəm. Görəbildiyim şeylər çox maraqlıdır. Əslində görməməliyəm, çünki gözdən əliləm”.

Share: