Qətərdə keçirilən dünya çempionatının pley-off mərhələsində Avstraliya millisi ilə qarşılaşmada Argentina millisinin kapitanı Lionel Messi fərqlənməklə karyerasında ilkə imza atıb.
Müstəqil.Az xəbər verir ki, matçın 35-ci dəqiqəsində fərqlənən Messi iştirak etdiyi dünya çempionatları tarixində ilk dəfə pley-off mərhələsində qol vurub. Bu, 35 yaşlı futbolçunun mundiallarda iştirak etdiyi 22-ci oyununda 9-cu qol olub.
Messi bu göstərici ilə Dieqo Maradona (21 oyun, 8 qol) və Kriştiano Ronaldonu (18 matç, 8 qol) qabağlamağı bacarıb.
Müstəqil.Az