Türkiyədə əlbəyaxa dava edən millət vəkillərinə cəza verildi — Video

Türkiyədə əlbəyaxa dava edən millət vəkillərinə cəza verildi — Video

Xəbər verdiyimiz kimi, bu gün Türkiyə Böyük Millət Məclisində büdcə müzakirələri zamanı millət vəkilləri arasında dava düşüb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, əlbəyaxa dava edən millət vəkillərinə cəza verilib. 

Belə ki, AKP-li deputat Zafer İşık TBMM-dən iki iclaslıq uzaqlaşdırılıb.

Xatırladaq ki, TBMM-in bugünkü iclasında AKP millət vəkilləri ilə İYİ Partiya millət vəkilləri arasında mübahisə yaranıb. AKP-li deputat Zafer Işıkla İYİ partiyasından deputat Hüseyin Örs arasında yaşanan yumruqlaşmadan sonra Hüseyin Örsün halı pisləşib. Deputat xəstəxanaya çatdırılıb və tədbir məqsədilə reanimasiyaya yerləşdirilib. Onda ürək ritminin pozulması qeydə alınıb.


Share: