Bir neçə gün əvvəl Sinqapurda STEAM AHEAD 2022 Beynəlxalq Olimpiadası Final mərhələsi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, dünyanın 23 ölkəsindən, 1000-dən çox şagirdin qatıldığı İJMO (İnternational Math Olympiad) və VANDA (Science Global Finals) olimpiadalarında azərbaycanlı şagirdlər riyaziyyat üzrə 1 qızıl, 4 gümüş, 14 bürünc, elm üzrə 3 bürünc medal qazanmaqla ölkəmizi uğurla təmsil ediblər.