Böyük Britaniya səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniya səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın Tehrandakı səfiri Saymon Şerklif İranın Xarici İşlər Nazirliyinə çağırılıb.

Buna səbəb Böyük Britaniyanın İranın məhkəmə sistemində təmsil olunan şəxslərə qarşı sanksiyaların tətbiqidir.

Tehran həmçinin Britaniya hakimiyyətini İranda terroru və iğtişaşları dəstəkləməkdə ittiham edib.

“London administrasiyasının etirazlarla bağlı tətbiq etdiyi sanksiyalar İranın daxili işlərinə qarışmağa bərabərdir” – İran Xarici İşlər Nazirliyinin yaydığı bəyantda qeyd olunur.

Britaniya səfirinə diqqətinə çatdırılıb ki, İran da öz növbəsində tətbiq olunan sanksiyalara reaksiya vermək hüququna malikdir.

Mənbə: Anadolu

Share: