Dünyaca məşhur küçə rəssamı Ukraynaya kömək etmək üçün rəsmlərini satışa çıxarıb

Dünyaca məşhur küçə rəssamı Ukraynaya kömək etmək üçün rəsmlərini satışa çıxarıb

Dünya şöhrətli britaniyalı küçə rəssamı Benksi Ukrayna xalqına kömək etmək özünü 50 rəsmini satışa çıxarıb.

O, bu barədə “Instaqram” hesabında yazıb.

Rəsmlərin satışı ilə “Legacy of War” adlı beynəlxalq xeyriyyə fondu məşğul olur.

Satışdan əldə edilən bütün gəlir təşkilatın Ukraynadakı müharibə zonasında işləyən komandasına təhvil veriləcək.

Siçan təsviri olan 50 rəsmin hər birinin qiyməti 5 000 funt sterlinqdir (təxminən 11 min manat).

Share: