FIFA Qətərdəki dünya çempionatının yarımfinal və final oyunlarının rəsmi topunu təqdim edib.
Futbol qurumundan verilən məlumata görə, top “Al Hilm”, ərəb dilindən tərcümədə “Arzu” adlanır.
Mundialın yarımfinal matçları dekabrın 13-ü və 14-də, final görüşü isə 18-də olacaq. Yarımfinalda Argentina Xorvatiyanı, Fransa isə Mərakeşi sınağa çəkəcək.
Qeyd edək ki, həlledici qarşılaşma “Lusail” stadionunda oynanılacaq.