Kosovada polisə atəş açdılar

Kosovada polisə atəş açdılar

Etnik serblərin yaşadığı Kosovanın şimalında polislə bir qrup şəxs arasında atışma olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bir qrup şəxs Kosovanın şimalında bir neçə magistralı bağlayıb.

Qeyd olunub ki, həmin şəxslər xidməti vəzifələrini yerinə yetirən polislərə atəş açıblar.

Vurğulanıb ki, polis cavab atəşi açmaq məcburiyyətində qalıb. Polisə atəş açanlar naməlum istiqamətə qaçaraq gizləniblər.

Atışma nəticəsində ölən və yaralananlar yoxdur.


Share: