İtaliyanın şimal-qərbindəki Alessandriya əyalətində yol polisinin təqibindən qaçmağa çalışan “Peugeot” markalı avtomobilin sürücüsü qəza törədib, nəticədə üç nəfər ölüb.
Hadisə Kantalupo kommunası yaxınlığında baş verib.
Məlumata görə, 22 yaşlı oğlanın idarə etdiyi avtomobillə sürət həddini aşıb. Karabinyerlər avtomobili saxlamağa çalışsalar da, sürücü hərəkətə davam edib. Nəticədə idarəetməni itirərək yol sədlərinə çırpılıb.
Daha 4 nəfər, o cümlədən sürücü xəstəxanaya yerləşdirilib.
İlkin versiyaya görə, sərxoş vəziyyətdə olan 22 yaşlı sürücü barəsində cinayət işi açılıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: “La Repubblica” qəzeti