Paşinyan Cənubi Qafqazla bağlı bu ideyanı dəstəklədi

Paşinyan Cənubi Qafqazla bağlı bu ideyanı dəstəklədi

“Düşmənçilik ritorikasının aradan qaldırılması üçün Ermənistan, Gürcüstan və Azərbaycan arasında Cənubi Qafqazdakı vəziyyətin müzakirə edilməsi ideyasını dəstəkləyirəm”.

“Qafqazinfo” erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Qeyd edək ki, Prezident İlham Əliyev cari ilin oktyabrında Gürcüstana səfəri zamanı Baş nazir İrakli Qaribaşvili ilə görüşün yekunlarına dair mətbuat konfransında Bakı-İrəvan-Tbilisi formatında siyasi məsləhətləşmələrə başlamağa hazır olduğunu vurğulamışdı: “Bu gün bizim Azərbaycan, Ermənistan və Gürcüstan arasında məsləhətləşmələr aparmaq imkanımız da var. Ermənistan hazır olarsa, bu formatı bu gün başlatmağa hazır olacağıq”.


Share: