“Məhəllələr arası ilə hərəkət edən zaman oldu hadisə. Cavan oğlan idi, anidən çıxdı maşının qarşısına”.
Bu sözləri Kult.az-a müğənni Zemfira İbrahimova qəza törətməsi barədə yayılan görüntülər barədə danışarkən deyib. Müğənni bildirib ki, hər şey yaxşıdır, heç bir ciddi problem yoxdur:
“Çox şükür, hər şey yaxşıdır. Anidən baş vermiş hadisədir. Məhəllə arası ilə hərəkət edirdik. Sürət çox aşağı idi. Anidən digər məhəllədən cavan bir oğlan çıxdı. Şükür, heç nə olmadı. Mən özüm də yaxşıyam, Aynur xanım da, həmin şəxs də”.
***
Müğənni Zenfira İbrahimova və prodüseri Aynur Bağırova yüngül avtomobil qəzasına düşüb.
Müstəqil.Az Publika.az -a istinadən xəbər verir ki, müğənninin prodüseri baş verən hadisəni instaqram paylaşıb. Aynur Bağırova instaqramda bildirib ki, qəza nəticəsində xoşbəxtlikdən heç biri xəsarət almayıb.
Sözügedən görüntüləri təqdim edirik: