Yeni Zelandiya 2009-cu il yanvarın 1-dən sonra doğulmuş şəxslərə tütün məmulatlarının satışını həmişəlik qadağan edən qanun qəbul edib.
“Minlərlə insan daha uzun və sağlam ömür sürəcək. Səhiyyə sistemi siqaretin səbəb olduğu çoxsaylı xərçəng, infarkt, insult kimi xəstəliklərin müalicəsi ehtiyacını aradan qaldırmaqla 5 milyard dollara qənaət etmiş olacaq”,- deyə səhiyyə nazirinin köməkçisi Ayeşa Verrall bildirib.
Bundan əlavə, Yeni Zelandiya parlamenti tütün məmulatlarında nikotinin miqdarının azaldılması və tütün satmaq üçün lisenziyası olan pərakəndə satıcıların sayının 90% azaldılması kimi tütün istehlakını azaltmaq üçün nəzərdə tutulmuş bir sıra digər qanunvericilik tədbirlərini də təsdiqləyib.
Qanunu pozanlar 150 min Yeni Zelandiya dollarına qədər (təxminən 96 min ABŞ dolları) cərimə ödəməli olacaqlar.
Qeyd edək ki, hazırda Yeni Zelandiyada yetkin əhalinin cəmi 8%-i siqaret çəkir.
Mənbə: iz.ru