Niderlandın dörd böyük şəhəri Mərakeş və Fransa arasında dünya çempionatının yarımfinal matçının nümayişindən imtina edib.
Amsterdam və Haaqa rəsmilərinin bildirdiyi kimi, bu qərar Mərakeşin əvvəlki qələbələrinin iğtişaşlarla müşayiət olunması ilə bağlıdır.
Amsterdamda matçın yayımından imtinanın əsas səbəbi ictimai təhlükəsizliyə təhdid göstərilib. “Adi azarkeşlər də pirotexniki vasitələrin və ya qeyri-qanuni davranışların qurbanı ola bilərlər”, – meriyanın məlumatında bildirilib. Hazırda paytaxt hakimiyyəti əlavə təhlükəsizlik tədbirlərinin görülməsi imkanlarını müzakirə edir.
Oxşar arqumentləri Haaqa səlahiyyətliləri də irəli sürüblər. “İzdihamda isə pis insanları yaxşı insanlardan ayırmaq çox çətindir”,- deyə şəhər hakimiyyətindən vurğulanıb.
Utrext və Rotterdam da matçı göstərməmək qərarına gəliblər.
Qeyd edək ki, Mərakeş icması niderlandın ən böyük icmalarından biridir və 400 mindən çox üzvü var.
Xatırladaq ki, Mərakeş və Fransa milli komandaları arasındakı oyun bu gün keçiriləcək.
Mənbə: TASS