Korrupsiya qalmaqalı: “Qatar Airways”in Aİ bazarına çıxışı yoxlanacaq

Korrupsiya qalmaqalı: “Qatar Airways”in Aİ bazarına çıxışı yoxlanacaq

Avropa Parlamentinin deputatları Qətər hökumətinin “Qatar Airways” hava yollarının Avropa İttifaqı bazarına məhdudiyyətsiz girişinə imkan verən əsas hava nəqliyyatı müqaviləsinə qeyri-düzgün təsir edib-etmədiyini yoxlamaq istəyirlər.

Müqavilə üzrə danışıqlar aparan parlamentin nəqliyyat komitəsinin rəhbəri Karima Delli xəbərdarlıq edib ki, Qətər hökuməti parlamentdə sazişin daxili müzakirələrinə müdaxilə edə bilər.

Delli deyib ki, komitə Avropa Parlamentinin daxili araşdırmaları ilə işləyəcək, sənədlərin və “lazım gələrsə, Qətərə aid” bəyanatların məxfiliyini ləğv edəcək.

Aİ ilə Qətər arasında aviasiya üzrə danışıqları Avropanın aviaşirkətləri sərt tənqid ediblər. Onlar, eləcə də “Qatar Airways”in Avropaya uçuşları məhdud olan Fars körfəzindəki rəqibləri Qətər şirkətinin bütün Asiya ərazisindəki təyinat məntəqələrinə əlçatan reyslərinə görə vicdansız rəqabət aparacağından çəkinirlər.

Xatırladaq ki, dekabrın 9-da Brüssel və ətraf bölgələrdə “cinayətkar təşkilat, korrupsiya və çirkli pulların yuyulması” fəaliyyəti ilə bağlı aparılan istintaq çərçivəsində axtarışlar və həbslər gerçəkləşdirilib. Məlum olub ki, istintaq çərçivəsində Avropa Parlamentinin vitse-prezidentlərindən biri Yeva Kayli və İtaliyadan olan deputat Pyer-Antonio Pantseri həbs ediliblər. 

Bu istintaqla bağlı Avropa Parlamenti Qətər vətəndaşları üçün Aİ-yə gəliş-gedişdə vizasız rejimin tətbiqinə dair səsverməni dayandırıb.

Mənbə: Politico

Share: