NATO gələn il üçün hərbi büdcəsini açıqladı

NATO gələn il üçün hərbi büdcəsini açıqladı

NATO 2023-cü il üçün hərbi büdcənin həcmini müəyyən edib.

Onun həcmi 1,96 milyard avro təşkil edəcək.

Bu barədə Şimali Atlantika Alyansının mətbuat xidməti xəbər verib.

“Hərbi büdcə NATO komandanlıq strukturunun qərargahının, missiyalarının və dünya üzrə əməliyyatlarının əməliyyat xərclərini əhatə edir”, – deyə məlumatda bildirilib.

Həmçinin, gələn il üçün təşkilatın mülki büdcəsi 370,8 milyon avro müəyyən edilib.

Qeyd olunub ki, bu, 2022-ci illə müqayisədə, müvafiq olaraq 25,8 faiz və 27,8 faiz çoxdur.

Mənbə: TASS

Share: