İspan müstəntiqləri Maqnitski işində iştirak edən bir qrup şəxsləri və bir sıra şirkətləri müəyyən edib, həmçinin əsas şübhəlini saxlayıblar.
İstintaqa xüsusi dəstək verən Avropolun məlumatına görə, Maqnitski işi üzrə əsas şübhəli Kanar adalarında saxlanılıb. Bu şəxs İspaniyanın daşınmaz əmlakı vasitəsilə “çirkli pulları” yuyan cinayət sxeminin mərkəzi halqası olub.
Ümumilikdə, cinayətkar qruplaşma tərəfindən Rusiya dövlət büdcəsindən 219 milyon avro oğurlanaraq Avropa bank hesabları vasitəsilə İspaniyada daşınmaz əmlaka yönəltməklə “yuyulub”.
Hazırda Priney ölkəsində ümumi dəyəri 25 milyon avro olan 75 mülk müsadirə edilib.
Qeyd edək ki, Maqnitski işi öz adını 2009-cu ildə Rusiya fiskal məmurları tərəfindən törədilən külli miqdarda vergi fırıldağının üstü açıldıqdan sonra ölkə həbsxanasında ölən rusiyalı vergi vəkili Sergey Maqnitskidən alıb.
Mənbə: rbc.ua