Danimarkada yeni hökumət quruldu

Danimarkada yeni hökumət quruldu

Danimarkada yeni hökumət formalaşıb, keçmiş Baş nazir Lars Lokke Rasmussen Xarici İşlər Nazirliyinin rəhbəri olub.

Müstəqil.Az xəbər verir ki, bu barədə “Kopenhagen Post” məlumat dərc edib.

Danimarkanın baş naziri və Sosial Demokrat Partiyasının rəhbəri Mette Frederiksen çərşənbə axşamı noyabrın əvvəlində keçiriləcək seçkilərdən sonra yeni hökuməti formalaşdırmağa hazır olduğunu açıqlayıb. Onun tərkibinə Moderat Partiyası və Danimarka Liberal Partiyasının da daxil olacağı bildirilirdi. TV2 kanalının məlumatına görə, yeni hökumətin formalaşdırılması ilə bağlı danışıqlar noyabrın 1-dən davam edir.

Məlumata görə, Danimarkanın baş naziri postunu yenidən Mette Frederiksen tutacaq. Müdafiə Nazirliyinə Danimarka Liberal Partiyasının sədri Yakob Ellemann-Yensen rəhbərlik edəcək. O, ölkənin baş nazirinin müavini vəzifəsini tutacaq. Nikolay Vammen maliyyə naziri olaraq qalacaq.

Müstəqil.Az

Share: