Deputatdan “Azəriqaz”a limitlərlə bağlı təklif: “Sıfırlansın”

Deputatdan “Azəriqaz”a limitlərlə bağlı təklif: “Sıfırlansın”

Milli Məclisin iclasında deputat Vüqar Bayramov “Azəriqaz” İstehsalat Birliyini qaz limitlərinin sıfırlanmasını vaxtında həyata keçirməyə çağırıb.

Oxu.Az-ın məlumatına əsasən, Vüqar Bayramov deyib ki, 2022-ci il yekunlaşdığından 2023-cü ildə qaz limitlərinin sıfırlanması həyata keçiriləcək. 

“Nəzərə almaq lazımdır ki, bu il bu məsələ 10 gün yubandı. Təklif edirəm ki, “Azəriqaz” limitləri vaxtında sıfırlasın. Çünki insanlar ilin sonuna doğru yüksək limitlərlə ödəniş edir və bu, yubanma yaradır. Əhali yubanmaya görə mavi yanacaqdan istifadə üçün daha çox xərc çəkir”, – deyə o qeyd edib.

Aqşin Kərimov

Share: