““Qarabağ”ı asanlıqla tərk etmək fikrində deyiləm” — Qurban Qurbanov

““Qarabağ”ı asanlıqla tərk etmək fikrində deyiləm” — Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov karyerasını xaricdə davam etdirməklə bağlı sualı cavablandırıb.

“Qafqazinfo” təcrübəli mütəxəssis “Sizi hansısa əcnəbi klubun baş məşqçisi kimi görmək ehtimalı var?” sualına belə cavab verib:

“Hazırda yoxdur. Çox istərdim ki, “Qarabağ”a sadiq olum. Mənim daha məsuliyyətli olmağım bu kluba gəlməyimin sayəsində olub. Ona görə də buranı asanlıqla tərk etmək fikrində deyiləm. Həyatdır, qarşıda hər şey ola bilər. Əgər nə vaxtsa böyük bir klubda getsəm, “Qarabağ”ı daha üstün tatacağam”.


Share: