Avropa İttifaqının Rusiyaya qarşı 9-cu sanksiyalar paketi qüvvəyə minib

Avropa İttifaqının Rusiyaya qarşı 9-cu sanksiyalar paketi qüvvəyə minib

Avropa İttifaqının Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketi dərc edilib və qüvvəyə minib.

Bu barədə “Avropa İttifaqının rəsmi jurnalı”nda bildirilib.

Aİ doqquzuncu sanksiya paketinə Rusiya Federasiyasının Silahlı Qüvvələrini və onların bütün növlərini, həmçinin “Roskomnadzor”u daxil edib.

Sanksiya siyahısına Rusiyanın mədəniyyət, elm və təhsil nazirləri, həmçinin Dövlət Dumasının 40 deputatı, Federasiya Şurasının 44 üzvü, 7 rusiyalı qubernator və Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin 20 üzvü daxil edilib.

Eyni zamanda Boris Korçevnikov, Marina Kim, Qriqori Leps, Dmitri Puçkov, Nikita Mixalkov, Çeçenistan rəhbəri Ramzan Kadırovun qızları – Ayşat və Karinaya qarşı da sanksiyalar tətbiq edilib.

Siyahıya Rusiya Federasiyasının beş siyasi partiyası, o cümlədən “Vahid Rusiya”, Liberal Demokrat Partiyası və “Ədalətli Rusiya” partiyası daxildir.

Bundan əlavə, Moskva Kredit Bankı, Ümumrusiya Regional İnkişaf Bankı və Uzaq Şərq Bankına qarşı da sanksiyalar tətbiq edilib.

Mənbə: TASS

Share: